Neft-qaz gəlirimiz 160 milyard dolları ötüb

İqtisadiyyat
12:25 / 04.02.2022
802
2022-ci ilin fevralın 1-nə olan məlumata əsasən, Azərbaycanın neft-qaz sektorundan əldə etdiyi xalis gəlir 160 milyard dolları ötüb.
Sfera.az Dövlət Neft Fonduna istinadən xəbər verir ki, "Azəri-Çıraq-Günəşli” yatağı üzrə gəlirlərimiz 2001-ci ildən indiyə qədər 156,056 milyard dolları keçib.
Yalnız bu ilin yanvarında gəlirimiz 683,114 milyon dollar təşkil edib.
"Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən) isə 4,701 milyard dollara yüksəlib.
Yanvarda "Şahdəniz”dən gəlirimiz 150 milyona çatıb.
Beləliklə, "Azəri-Çıraq-Günəşli” neft yatağı və "Şahdəniz” qaz yatağı üzrə ümumi gəlirimiz 160 milyard 757 milyon dollara bərabər olub.
Bir ay əvvəl ümumi gəlir 159,92 milyard dollar idi.
Vasif
Sfera.az