Sumqayıtda 33 şagird məktəbi boykot etdi -VİDEO

Təhsil
23:31 / 03.02.2022
1703
Sumqayıt şəhərində Təfəkkür liseyinin 3C sinfinin 33 şagirdi üç gündür təhsil ocağına gəlməkdən imtina edir.
Onların tələbi isə müəllimlərinin dəyişdirilməsidir.
Onlar Baku TV-ə müraciətlərində bildiriblər ki, onlar sinfin müəllimi Səbinə Şahbazovanı istəmirlər.Tez-tez dərsdə iştirak etməyən müəllimin onların övladlarına dərs deməyini məqbul saymırlar. Məhz buna görə də uşaqları məktəbə qoymurlar.