Türk malları BAHALAŞIR: inflyasiya 48 faizi ötüb

Türk malları BAHALAŞIR: inflyasiya 48 faizi ötüb
Türkiyə Statistika Təşkilatı (TÜİK) yanvar ayı inflyasiya məlumatlarını açıqlayıb. Rəsmi məlumata görə illik inflyasiyası 48,69 faizə yüksəlib. Bununla da inflyasiya səviyyəsi 2002-ci ilin aprelindən bəri ən yüksək həddə çatıb.
 
Sfera.az xəbər verir ki, yalnız yanvar ayında qiymətlər 11,1 faiz artıb.

"Bloomberg”in məlumatına əsasən, yanvarda bahalaşmanın 46,5 faiz olacağı gözlənilirdi. Türkiyəli iqtisadçı Haluk Bürümçəkçi, məlumatları dəyərləndirərkən qeyd edib ki, inflyasiya səviyyəsi keçən ildən daha yüksəkdir. Onun fikrincə, türk lirəsinin dəyər itirməsi bahalaşmada əsas rol oynayıb: 

"Həm ərzaq, həm də qeyri-ərzaq mal qrupları üzrə bahalaşma lirənin dəyər itirməsindən qaynaqlanır. Yerli qurumlar bahalaşmanın 46,5 faiz səviyyəsində gözləyirdilərsə, xarici təşkilatlar 48 faizin üzərində proqnoz vermişdi”.

İqtisadçı lirənin ucuzlaşması ilə bərabər yüksələn elektrik enerjisi və təbii qaz qiymətlərinin də bahalaşma prosesini gücləndirdiyini söyləyib.
Qeyd edək ki, Türkiyədə inflyasiya səviyyəsinin may ayına qədər yüksələcəyi təxmin edilir.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...