Bakıda tikinti materiallarının istehsalı kəskin artıb

Bakıda tikinti materiallarının istehsalı kəskin artıb
Azərbaycanda tikinti materiallarının çoxu Bakıda istehsal edilir.
 
Sfera.az xəbər verir ki, ötən il ərzində ölkəmizdə 872 milyon manat dəyərində tikinti materialı istehsal edilib. İstehsalın 615 milyon manatı, yəni 70,5 faizi Bakı şəhərində yerləşən müəssisələrin payına düşüb.

Paytaxtda tikinti materiallarının istehsalı 59,6  faiz artıb. Əvvəlki ilə nisbətən hörmə üçün hazır beton qarışığının istehsalı 42,7 faiz, tikinti gipsinin istehsalında isə 51,8 faiz artım baş verib.

Ölkəmizdə istehsal olunan sementin 82,4 faizi və ya 2,83 milyon tonu, hörmə üçün beton qarışığının 75,4 faizi, yaxud 2,09 milyon tonu, tikinti gipsinin 94 faizi və ya 33,6 min tonu Bakıda istehsal edilib.

Tikinti materialları istehsalının böyük hissəsinin Bakıda cəmləşməsinin əsas səbəblərindən biri tikinti-quraşdırma işlərinin daha çox hissəsinin paytaxtda həyata keçirilməsidir. Ölkəmizdə ötən il 11 milyard manatlıq tikinti-quraşdırma işi görülüb ki, bunun da yarısı Bakının payına düşür. Əvvəlki illərdə isə paytaxtın payı daha böyük olub.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...