İllik inflyasiya bir qədər də yüksələcək

İllik inflyasiya bir qədər də yüksələcək
Yanvarda Azərbaycanda illik qiymət artımlarının bir qədər də yüksəlmə ehtimalı güclüdür. İlk ayda bahalaşmanın bir qədər də güclənməsi bu ehtimalı irəli sürməyə əsas verir.
 
Sfera.az xatırladır ki, ötən ilin dekabrında illik qiymət artımı 12 faiz olub. Yanvarda çörəyin, meyvələrin, digər ərzaq məhsullarının, eyni zamanda qeyri-ərzaq və pullu xidmətlərin dəyərinin hissediləcək səviyyədə artması nəzərə alındığında aylıq inflyasiyanın 1,5 faizdən yüksək olması ehtimalı güclüdür. Bu şərt daxilində yanvarda illik qiymət səviyyəsinin ötən ilin ilk ayına nisbətən 12 faizdən çox olacağını proqnozlaşdırmaq mümkündür.

Hesablama göstərir ki, yanvarda aylıq inflyasiya 1,5 faiz olarsa illik bahalaşma 12,3 faiz, 1,7 faiz olarsa 12,6 faiz, 2 faiz olarsa 12,9 faiz təşkil edəcək.
Amma fevralda illik qiymət artımının zəifləmə ehtimalı var. Əgər bu ilin yanvarında aylıq bahalaşma 1,5 faiz olduqdan sonra, fevralda 1 faizə düşərsə, o halda ikinci ayda illik qiymət artımı sürəti zəifləyəcək.

Mart və digər aylarda isə aylıq bahalaşma 1 faiz səviyyəsində qalarsa, o zaman illik qiymət artımı sentyabra kimi 15 faizə qədər artacaq.
Lakin bu il dünyanın aparıcı Mərkəzi Bankları faiz dərəcələrini artırmağı planlaşdırır. Bu gözləntilər özünü doğruldarsa, aylıq qiymət artımları xeyli səngiyəcək və bu, illik qiymət artımlarını da zəiflədəcək.

Vasif 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...