Avropanın Azərbaycan qazına ehtiyacı ARTIR - 2030-cu ildə...

Avropanın Azərbaycan qazına ehtiyacı ARTIR - 2030-cu ildə...
Avropanın idxal qazından asılılığı qarşıdakı illərdə bir qədər də artacaq. Bu proqnoz avropalıları yeni ixracatçılar tapmağa, eyni zamanda mövcud ixracatçılardan daha böyük həcmdə qaz almağa vadar edir.  
 
Sfera.az bildirir ki, Avropanın idxal qazından asılılığının artması onu Azərbaycanla da yeni razılaşmalara nail olmağa sövq edir. 

Qaz tədarükündə yaranan çətin vəziyyət "köhnə qitə”də istehsalın azalması, istehlakın isə artması ilə bağlıdır.

Avropanın təbii qaza olan tələbatı ilbəil artır. "Köhnə qitə”də qaz istehlakı 2011-ci ildə 547 milyard kub metr idi. İllik istehlak həcmi 2015-ci ildə 555 milyard kub metrə, 2020-ci ildə 572 milyard kub metrə, ötən il 580 milyard kub metrə yüksəlib. Proqnoza əsasən, 2030-cu ildə illik tələbat 610-620 milyard kub metr təşkil edəcək.

Avropa qaza olan tələbatının bir hissəsini istehsal hesabına, daha çox hissəsini isə idxal hesabına ödəyir. Son illərdə yerli istehsalda azalma dinamikası müşahidə olunur. Belə ki, 2011-ci ildə 258 milyard kub metr qaz hasil edən Avropa istehsalın həcmini 2015-ci ildə 243 milyard kub metrə, 2020-ci ildə 217 milyard kub metrə, ötən il 215 milyard kub metrə qədər azaldıb.

Proqnozlaşdırılır ki, 2030-cu ilə kimi Avropada qaz istehsalı 220 milyard kub metr həcmində olacaq.

İstehlak və yerli istehsal göstəricilərinə diqqət yetirdikdə aydın olur ki, Avropanın idxal qazından asılılığı qarşıdakı illərdə bir qədər də artacaq. 2011-ci ildə 289 milyard kub metr qaz idxal edən Avropa ölkələri ötən il 360 milyard kub metr qaz alıblar.

2030-cu ildə qaz təchizatını tam həyata keçirmək üçün avropalılara 400 milyard kub metr idxal qazı lazım olacaq.

Avropa idxal etdiyi qazın təxminən 200 milyard kub metrini Rusiyadan alıb. Rusiyadan başqa Qətərdən (33 milyard kub metr), Əlcəzairdən (30 milyard kub metr), ABŞ-dan (18 milyard kub metr), Nigeriyadan (16 milyard kub metr), Azərbaycandan (10 milyard kub metr) iri həcmə qaz idxal olunub. Bu ölkələrdən başqa İraq, Səudiyyə Ərəbistanı, Qazaxıstandan da qaz tədarük edilir.  

Yaranmış vəziyyətdə Avropa Azərbaycandan daha çox qaz istəyir. Azərbaycan qazı Avropaya TAP kəməri ilə çatdırılır ki, onun da illik ötürücülük qabiliyyəti 10 milyard kub metrdir. Azərbaycan artıq bu qədər qazı "köhnə qitə”yə göndərir.

Əlavə qaz ixracı üçün hasilatla bərabər, TAP-ın ötürücülük qabiliyyəti də artırılmalıdır. Texniki məlumata görə TAP-ın ötürücülüyünü 20 milyard kub metrə qədər artırmaq olar.

Lakin daha çox qaz ixracı sadəcə Azərbaycandan asılı deyil. Çünki Türkiyə də Azərbaycandan qaz idxalını artmağa hazırlaşır. Türkiyə qarşıdakı illərdə Azərbaycandan aldığı qazın həcmini 10 milyard kub metr artıraraq 16 milyard kub metrə çatdıracaq. Deməli, Avropa əlavə Azərbaycan qazını almaq üçün Türkiyə ilə də razılaşmalıdır.  

Beləliklə, gələcəkdə Azərbaycan daha çox qaz hasil etmək haqqında düşünməli olacaq. Qaz hasilatının artırılması istəyinin reallığa çevrilib-çevrilməyəcəyini isə zaman göstərəcək.

Vasif 
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində Azərbaycana gələcək.   Sfera.az xəbər ve...