“Metaverse”də Həcc və Ümrə ziyarəti həyata keçirilə bilərmi? - CAVAB GƏLDİ

“Metaverse”də Həcc və Ümrə ziyarəti həyata keçirilə bilərmi? - CAVAB GƏLDİ
Səudiyyə Ərəbistanı Kəbə və Həcc məkanlarının simulyasiyasını virtual aləmə ("Metaverse”) daxil etdi və təbii olaraq "Virtual həcc ola bilərmi?” sualı gündəmə gəldi.
 
Sfera.az bildirir ki, bu barədə müzakirələrə Türkiyənin Dəyanət İşləri nazirliyinin Həcc və Ümrə xidmətləri üzrə şöbə müdiri Remzi Bircan yekun vurub. Belə ki, o, "Twitter” hesabında mövzu ilə bağlı bunları yazıb:

"Həcc müəyyən vaxt və yerlərdə edilən bir ibadət növüdür. Haremeyn Rəyasət Heyətinin açıqladığı simulyasiya layihəsi Məkkə və Mədinədə tarixi və müqəddəs yerləri maarifləndirici məqsədlərlə tanıtmaq məqsədi daşıyan rəqəmsal bir işdir. Bu cür tətbiqlərlə Həcc və Ümrə ziyarəti həyata keçirilə bilməz”.
Xatırladaq ki, yeniliyə əsasən, bundan sonra müsəlmanlar müqəddəs yerlərə getmədən Hacər-ül Əsvəd daşını (qara daş) görəcək, hətta ona toxuna biləcəklər. Həmçinin onlar ətraf mühitin qoxusunu da hiss edəcəklər. Digər tərəfdən, Səudiyyə Ərəbistanın bu qərarı birmənalı qarşılanmayıb. Bəzi müsəlmanlar bunu dinə təhqir kimi dəyərləndiriblər.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...