Nəzərlər bu gün keçiriləcək “OPEC+” toplantısındadır: Hansı qərarlar qəbul ediləcək?

Nəzərlər bu gün keçiriləcək “OPEC+” toplantısındadır: Hansı qərarlar qəbul ediləcək?
Neft bazarı iştirakçılarının nəzərləri bu gün keçiriləcək "OPEC+” toplantısına yönəlib. "OPEC+” növbəti ay üçün gündəlik neft hasilatında dəyişikliyi müzakirə edəcək. İri investisiya şirkətlərinin açıqlamasına görə neft qiymətlərinin bir qədər düşməsi üçün hasilatın xeyli artırılması lazımdır.
 
Sfera.az xəbər verir ki, "OPEC+”  böyük ehtimalla bu dəfə də kənar tövsiyələrə əhəmiyyət verməyəcək və əvvəl müəyyən etdiyi strategiya çərçivəsinə uyğun olaraq gündəlik hasilatı 400 min barrel artıracaq.

Məlumatlara əsasən, hazırda qlobal neft bazarında tələb təklifdən çoxdur. Bu səbəbdən neft qiymətləri ötən il 55 faiz artıb.

2022-ci ildə də bahalaşma davam edir. Bəzi tanınmış investisiya şirkətlərinin proqnozuna əsasən əgər "OPEC+” hasilatı daha çox artırmasa, 2022-ci ildə "Brent” neftinin qiyməti 100 dollara çatacaq.

Hazırda "Brent” nefti 88-89 dollara, Azərbaycanın ixrac etdiyi neft isə 93-94 dollara satılır.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...