Ceylanı addım-addım izləyən fanatı onunla eşq yaşamaq üçün cinsiyyətini dəyişdi - FOTO

Ceylanı addım-addım izləyən fanatı onunla eşq yaşamaq üçün cinsiyyətini dəyişdi - FOTO
Türkiyəli sənətçi Ceylan Ertem illərdir bir şəxs tərəfindən təqib edildiyini açıqlayıb.
 
Sfera.az bildirir ki, o, bu barədə "Twitter” hesabında qeyd edib. Ertem bildirib ki, əvvəlcə fanatı olduğunu, daha sonra ona qarşı hislər bəslədiyini söyləyən qadın artıq 5-6 ildir oxşar addımları atır. Belə ki, sənətçinin sözlərinə görə, sözügedən şəxs ona yaxın olmaq üçün yaşadığı şəhərə köçüb, dincəldiyi və ya yemək yediyi  müxtəlif məkanlarda tez-tez qarşısına çıxıb.

Ceylanın iddialarına görə, qadın hətta onunla birlikdə olmaq üçün cinsiyyətini də  dəyişdirib və ən sevdiyi oğlan adını götürüb. Gənc qadın,  həmçinin sonuncu dəfə sənətçinin adına bir restorana yemək sifarişi verərək çek vasitəsilə Ertemin yaşadığı yeri öyrənib.  Müğənni baş verənlərlə bağlı fikirlərini bu cür ifadə edib: 

"Təxminən 5-6 il əvvəl bir dinləyicim bütün konsertlərimə gəlirdi. Yavaş-yavaş gözüm öyrəşmişdi. 1 il içində bu qadın mənə olan hislərini yazmağa başladı. Mən də bu münasibətin heç zaman dinləyici-musiqiçi münasibətindən kənara çıxmayacağını açıq şəkildə demişdim.  Buna baxmayaraq, həmin şəxs davamlı olaraq məni təqib etdi. Hədiyyələri, hər konsertə göndərdiyi çiçəkləri ilə ürəyimi sıxırdı, sonunda cinsiyyətini dəyişdirdiyini dedi. Hətta həyatımda kimsə olan dövrlərdə "mənə bunu necə edə bilərsən?” tipli mesajlar göndərirdi”.

C.Ertem baş verənlərə görə qorxuduğunu da dilə gətirib: 

"Həm əsəbiyəm, həm də kədərli. Konsertlərə mühafizəçilərlə gedən biri deyiləm. Məkanlarda o simanın olduğu tərəfə baxa bilmirəm. Hara getsəm, ağlıma gəlir, narahat oluram. Həqiqətən yoruldum. Yaşadığım yerdəki mühafizəçini xəbərdar edirəm. Bu şəxs azadlığımı, həyatımı məhdudlaşdırır, qorxudur. Hazırda koronavirusa yoluxmuşam və müalicəm davam edir. Sağalan kimi polisə gedəcəyəm”.

Günay Rəsulqızı
Sfera.az

 

 

OXŞAR XƏBƏRLƏR