Ərdoğandan ABŞ-a SƏRT CAVAB: “Sən kimsən...”

Ərdoğandan ABŞ-a SƏRT CAVAB: “Sən kimsən...”

"'Buna qərar vermək sənin işin deyil. Sən kimsən?”

 

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, general Cosep Votelin "müttəfiqlərimiz həbs olundu” bəyanatına cavab verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

"Sən mənim ölkəmdə edilən hərbi çevriliş cəhdininn qarşısını alan dövlətə təşəkkür etməkdənsə, qiyamçıların yanında yer alırsan. Qiyamçı onsuz da sənin ölkəndədir. Onu sənin ölkəndə bəsləyirlər. Mənim millətimi əsla inandıra bilməzsiniz”, - Türkiyə prezidenti bildirib.

 

Ərdoğanın sözlərinə görə, bu cür şərhlər hərbi çevriliş cəhdinin arxasında kimlərin olduğunu, üst ağlın kim olduğunu ortaya çıxarır.

 

Qeyd edək ki, Türkiyədə hərbi çevrilişi şərh edən ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, general Cosep Votel Türkiyə ordusundakı yaxın müttəfiqlərinin həbs olunduğunu bildirib. O, ikili münasibətlərin zərər görəcəyini bildirib və İŞİD-lə mübarizəyə uzunmüddətli təsir göstərəcəyinə dair narahatlığını dilə gətirib.

 

Daha əvvəl isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı generalın bəyanatını "məlumatsızlıq, cahillik” adlandırıb.

 

"Türkiyənin İŞİD, PKK və digər təşkilatlarla mübarizəsində hərbi gücünü yalnız bunlarla məhdudlaşdırmaq başqa niyyətlərdən, yaxud da məlumatsızlıq və cahillikdən qaynaqlanır”, - Mövlud Çavuşoğlu deyib.

 



OXŞAR XƏBƏRLƏR

“Kokain viskidən pis deyil": Kolumbiya prezidentindən şok bəyanat

Kolumbiya prezidenti Qustavo Petro kokainin leqallaşdırılması məsələsi ilə bağlı debat açıb.    Sfera.az bildirir ki, Qustavo Petro ölkəsində qa...

“Netflix” transseksual aktrisa dan imtina etd - TƏFƏRRÜATLAR

İslamofob və irqçi mesajlar yayan ispan transseksual aktrisa Karla Sofia Qaskonun silinmiş tvitləri ətrafında mübahisələr getdikcə genişlənir.    ...

Bred Pitt Ancelina Coli ilə barışmağa çalışır: Məqsədi nədir?

Hollivud aktyoru Bred Pitt Ancelina Colidən münasibətlərini yaxşılaşdırmasını istəyib. Sfera.az bildirir ki, illərlə ictimai, qalmaqallı boşanmadan sonra məş...

Hindistanda fil turisti öldürdü

Hindistanın Anamalai Pələng Qoruğunda (Tamil Nadu ştatı) vəhşi fil Almaniyadan gələn 77 yaşlı turistə hücum edərək onu öldürüb.   Sfera.az bildirir ki,...

Bütün qızılları mağazadan çıxarmaq üçün üç gün havalandırma şaxtasında yaşadı - FOTO

Türkiyənin Adana şəhərindəki ticarət mərkəzindən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. O, 3 gün havalandırma şaxtasında polisdən gizlənib və sonda ...

Türkiyədə sərnişin avtobusu aşdı- Ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfə...