Ölkəyə malların rüsumsuz gətirilməsi limiti yenidən azaldıla bilər

Ölkəyə malların rüsumsuz gətirilməsi limiti yenidən azaldıla bilər
2021-ci ildə Azərbaycana fiziki şəxslər tərəfindən idxal edilən malların dəyəri 382 milyon dollar artaraq 1,4 milyard dollara çatıb. Bu, illik müqayisədə 37 faiz, beşillik müqayisədə 186 faiz artım deməkdir.
 
Sfera.az bildirir ki, fiziki şəxslərin idxal etdiyi malların önəmli hissəsi fərdi şəxslər tərəfindən gətirilir və idxalın artmasında da fərdi şəxslərin onlayn formada verdikləri sifarişlərin sayının artmasının böyük payı var.

Fiziki şəxslər ay ərzində idxal etdikləri malların 300 dollar dəyərində olan hissəsinə görə vergi və rüsum ödəmirlər. 2020-ci ilə qədər güzəşt limiti 1000 dollar təşkil edirdi və iki il əvvəl limitin azaldılmasına səbəb idxalın artması idi.

Fiziki şəxslərin vasitəsilə idxalın həcminin sürətlə artması yenidən limitə baxılmasına səbəb ola bilər.

Güzəştli şərtlərlə idxal həyata keçirən şəxslər "e-customs.gov.az” portalı və "Smart Customs” mobil tətbiqi üzərindən gömrük orqanlarına elektron ticarət bəyannaməsi təqdim edirlər. Gömrük Komitəsinin məlumatına əsasən (report.az) 2021-ci ildə gömrük orqanlarına elektron ticarət bəyannaməsi təqdim edən istifadəçilərin 58 faizi 100 dollar həddini keçməyib.

Dəyəri 100-200 dollar arasında olan bəyannamə təqdim edən istifadəçilər 25 faiz, dəyəri 200-300 dollar arasında dəyişən bəyannamə təqdim edən istifadəçilər isə 16 faizdir.

İstifadəçilərin 1 faizi dəyəri 300 ABŞ dollarından yuxarı elektron ticarət bəyannaməsi təqdim edib.

Gömrük Komitəsinin bu məlumatından görünür ki, ay ərzində verilən sifarişlər əsasən dəyəri az olan sifarişlərdir. Komitə bunu və idxalın artmasını əsas gətirərək güzəşt limitinin azaldılmasını təklif edə bilər.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...