Türkiyənin turizm itkisi

Türkiyənin turizm itkisi

Cari ilin ikinci rübündə Türkiyənin turizmdən gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 35,6 faiz azalaraq 4 milyard 981 milyon 318 min dollar olub.

 

Publika.az xəbər Türkiyənin Statistika Təşkilatının (TÜİK) açıqlamasına əsasən bu barədə məlumat yayıb. Təşkilatdan bildirilib ki, turizm gəlirləri ilin ikinci rübündə keçən ilin eyni dövrünə nisbətdə 35,6 faiz azalıb. Nəticədə 4 milyard 981 milyon 318 min dollara düşüb. Turizm gəlirinin  77,1 faizi xarici ziyarətçilərdən, 22,9 faizi isə xaricdə yaşayan  türklərdən əldə edilib.

 

Xərcləmələrin 4 milyard 73 milyon 3 min dollarını fərdi xərcləmələr meydana gətirib. İkinci rübdə adam başına ortalama xərcləmə 665 dollar olub. Xaricilərin ortalama xərcləri  602 dollar, xaricdə yaşayan, Türkiyəyə səfər edən türk vətəndaşlarının ortalama xərcləri isə 973 dollar civarındadır.

 

Türkiyəyə gələn xaricilərin sayı 30,3 faiz azalaraq 7 milyon 495 min 35 nəfər təşkil edib. Bunun 84,5 faizi sırf xaricilər,15,5 faizi xaricdə yaşayan türklər olub.

 

Turizm xərcləri də azalıb. Bu xərclər keçən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz azalaraq 1 milyard 509 milyon 693 min dollara düşüb.  

Xarici ziyarət edən türk vətəndaşlarının sayı da 17,3 faiz azalaraq, 2 milyon 35 min 818 nəfər olub. Onların adambaşına ortalama xərcləri  742 dollar məbləğindədir.

 



OXŞAR XƏBƏRLƏR

“Kokain viskidən pis deyil": Kolumbiya prezidentindən şok bəyanat

Kolumbiya prezidenti Qustavo Petro kokainin leqallaşdırılması məsələsi ilə bağlı debat açıb.    Sfera.az bildirir ki, Qustavo Petro ölkəsində qa...

“Netflix” transseksual aktrisa dan imtina etd - TƏFƏRRÜATLAR

İslamofob və irqçi mesajlar yayan ispan transseksual aktrisa Karla Sofia Qaskonun silinmiş tvitləri ətrafında mübahisələr getdikcə genişlənir.    ...

Bred Pitt Ancelina Coli ilə barışmağa çalışır: Məqsədi nədir?

Hollivud aktyoru Bred Pitt Ancelina Colidən münasibətlərini yaxşılaşdırmasını istəyib. Sfera.az bildirir ki, illərlə ictimai, qalmaqallı boşanmadan sonra məş...

Hindistanda fil turisti öldürdü

Hindistanın Anamalai Pələng Qoruğunda (Tamil Nadu ştatı) vəhşi fil Almaniyadan gələn 77 yaşlı turistə hücum edərək onu öldürüb.   Sfera.az bildirir ki,...

Bütün qızılları mağazadan çıxarmaq üçün üç gün havalandırma şaxtasında yaşadı - FOTO

Türkiyənin Adana şəhərindəki ticarət mərkəzindən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. O, 3 gün havalandırma şaxtasında polisdən gizlənib və sonda ...

Türkiyədə sərnişin avtobusu aşdı- Ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfə...