İdxal edilən mallardan alınan rüsum artırılıb

İdxal edilən mallardan alınan rüsum artırılıb
Ötən il Azərbaycana idxal edilən mallardan orta hesabla 6,05 faiz dərəcəsi ilə gömrük rüsumu alınıb. Bu dərəcə 2020-ci ildə alınan rüsumun dərəcəsindən 0,5 faiz bəndi yüksəkdir.
 
Sfera.az bildirir ki, orta faiz dərəcəsi gömrük rüsumu üzrə daxil olan məbləğin idxalın dəyərinə nisbəti əsasında müəyyənləşir.

Xatırladaq ki, ötən il toplanan rüsum 1,205 milyard manat, idxalın dəyəri 19,9 milyard manat olub.

Azərbaycana idxal edilən mallardan 4 müxtəlif tarif dərəcəsi ilə rüsum alınır. 
 
Dövlət Gömrük Komitəsinin 2020-ci ilə aid olan məlumatına görə tariflər sıfır, 5 faiz, 15 faiz və spesifik olmaqla hesablanır.

2020-ci ildə 4 887 mal növü üzrə 15 faizlə, 2 054 mal üzrə 5 faizlə, 2 994 mal üzrə sıfır faizlə idxal rüsumu alınıb. Daha 426 mal üzrə spesifik şəkildə idxal rüsumu hesablanıb. Ümumilikdə 10 361 mal üzrə hesablanan ortaçəkili tarif dərəcəsi 8,08% təşkil edib.

2020-ci ildə idxalın həcmi və toplanan gömrük rüsumu nəzərə alındıqda isə alınan orta tarif dərəcəsi 5,55 faiz olub. Bu tarixdə idxalın həcmi 18,242 milyard manat, toplanan rüsum 1,013 milyard manat təşkil edib.

Məlumata görə, 2020-ci ildə sıfır dərəcə ilə 2,382 milyard dollar dəyərində (cəmi idxalın 22,25 faizi) mal idxal olunub.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində Azərbaycana gələcək.   Sfera.az xəbər ve...