NATO-Gürcüstan təlimi keçiriləcək

NATO-Gürcüstan təlimi keçiriləcək
Kateqoriya məlum deyil01.02.22, 08:23399 👁️
T
Bu ilin martında "NATO-Gürcüstan-2022” birgə təlimi keçiriləcək.

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Gürcüstan tərəfinin rəhbərlik edəcəyi təlimlərdə NATO-ya üzv və tərəfdaş 20-dən çox ölkə iştirak edəcək.

NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) təşkil olunacaq sayca üçüncü təlimlər zamanı iştirakçılar kompüter simulyasiyaları vasitəsilə NATO əməliyyatlarının planlaşdırılması üçün lazım olan bacarıqlarını inkişaf etdirəcəklər.

Qeyd edək ki, birinci "NATO-Gürcüstan” təlimi 2016-cı ildə keçirilib.
PAYLAŞ
Sehliyali
Yüklənir...