Hadisəyə söz atdı: "Mənim nişanlım daha əzələli və yaraşıqlıdır, borcu da yoxdur” - FOTOLAR

11:57 / 01.02.2022
427
Türkiyəli müğənni Tuğba Ekinci həmkarı Hadisəyə söz atıb.
Sfera.az bildirir ki, ifaçı sosial şəbəkə hesabından sevgilisi Berk Fenercioğlunun idman etdiyi anları paylaşıb. O, "Hadisə, üzr istəyirəm, amma mənim nişanlım səninkindən daha əzələli və yaraşıqlıdır. Atasının pulu ilə də lovğalanmır, borcu da yoxdur”, - deyə qeyd edib.
Ardınca Ekinci nişanlısı ilə videosunu yayımlayaraq izləyicilərinə sual ünvanlayıb: "Yekun qərarı siz verin – Berk, yoxsa Mehmet?”.
Xatırladaq ki, müğənni Hadisənin sevgilisi, iş adamı Mehmet Dinçerler şirkətinin borclarına görə məhkəməlik olub. Gündəmdən düşməyən Dinçerler sosial media hesabını da bağlayıb. 40 min dollarlıq üzüklə Hadisəyə evlilik təklif edən iş adamından şikayətçi olanlar isə, "40 min dollara üzük almaqdansa, borclarını ödəsin”, - demişdilər.
Türkan
Sfera.az