Fransadan Ukraynaya ZƏRBƏ – FOTOLAR
Dünya
17:02 / 29.07.2016
1940
Bu gün Fransız parlamentinin deputatı, Fransa-Rusiya Dialoqu Dərnəyinin fəaliyyətdə olan sədri Thierry Marianinin rəhbərlik etdiyi 11 nəfərlik nümayəndə heyəti Ukraynanın zəbt olunan ərazisi Krıma səfərə gedib.
Publika.az xarici mediaya istindən xəbər verir ki, fransalı deputatlar iyulun 31-də Krımda Rusiya Dəniz Donanmasının təşkil etdiyi mərasimə qatılacaq.
Nümayəndə heyətinin arasında ATƏT parlament Assambleyasının üzvü olan deputatlar da təmsil olunur.
Fransa nümayəndə heyətinin Krım rəhbərliyi ilə görüşləri də nəzərdə tutulur.
Rusiya Dövlət Dumasının MDB ilə Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutskiy deyib ki, səfər çərçivəsində Fransa nümayəndə heyəti Krım tatarlarının vəziyyəti ilə tanış olacaqlar və bölgədəki iqtisadi vəziyyət müzakirə olunacaq.
Xatırladaq ki, Krım Rusiya tərəfindən zəbt olunandan sonra, bu, Fransadan olan rəsmi nümayəndə heyətinin yarımadaya sayca ikinci səfəridir. Birinci səfər isə 2015-ci ildə reallaşdırılıb.
Fotoları təqdim edirik: