Kapital Bank “Baku International HR Forum”da iki mükafata layiq görüldü - FOTOLAR

Kapital Bank “Baku International HR Forum”da iki mükafata layiq görüldü - FOTOLAR

28 yanvar 2022-ci il tarixində "Baku Marriott Hotel Boulevard”da növbəti "Baku International HR Forum” keçirilib. Kapital Bank-ın baş sponsorluğu ilə keçirilən tədbirdə ölkənin ən qabaqcıl şirkətləri və insan resursları sahəsində olan peşəkar menecerlər iştirak edib.

 

 

Forum zamanı əsasən 3 mövzu ətrafında müxtəlif fikir mübadilələri aparılıb: "İnsan kapitalının inkişafı”, "Gələcək innovasiyalar” və "CEO-ların HR-dan gözləntiləri”. Tədbirdə Kapital Bank-ın İdarə Heyəti sədrinin 1-ci müavini Fərid Hüseynov və İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova əsas spiker qismində çıxış edərək öz təcrübələri ilə bölüşüblər, həmçinin iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

 

 

Tədbirin sonunda ölkənin bir sıra iri şirkətləri xüsusi mükafatlara layiq görülüb. Kapital Bank da 2 nominasiya üzrə - "Ən yaxşı transformasiya strategiyası” və "Ən yaxşı KSM strategiyası” ("Qırmızı Ürəklər” Fondu) xüsusi mükafat alıb.

 

 

Qeyd edək ki, "Baku International HR Forum” insan resursları sahəsinin təsir gücünə malik peşəkar nümayəndələri bir araya gətirərək, bu sahədə dünyada tətbiq olunan yeniliklər, müasir innovasiyalar və texnologiyanın inkişafı, fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən bir qlobal forumdur. Tədbirin təşkilatçısı Azərbaycan İnsan Resursları İnstitutudur.


 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/krdt, BirKart sifarişi üçün – //kbl.az/tkstcrd.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...