Rihanna hamilə olduğunu təsdiqlədi - FOTOLAR

23:04 / 31.01.2022
1684
Barbadoslu müğənni Rihanna bir
müddət əvvəl hamilə olması haqda xəbərləri yalanlasa da, yayılan məlumatların
doğru olduğu üzə çıxıb.
Sfera.az xəbər verir ki, bu barədə Rihanna İnstaqram səhifəsində məlumat verib. O, repçi sevgilisi Eysap Roki (Rakim Mayers) ilə Nyu-Yorkda gəzərkən çəkdirdiyi fotoları paylaşaraq hamilə olduğunu təsdiqləyib. Şəkillərdə Rihannanın qarnının böyüməsi diqqət çəkib.
Müğənnipaylaşımına övladlarının olacağını qeyd etsə də, körpənin cinsiyyətini gizli saxlayıb.