Qeyri-neft ixracında hansı ölkələrdən asılıyıq? - TƏHLİL

Qeyri-neft ixracında hansı ölkələrdən asılıyıq? - TƏHLİL
2021-ci ildə Azərbaycan qeyri-neft ixracında ciddi artıma nail olsa da, bazarların şaxələnməsində ciddi dəyişikliyə müvəffəq ola bilməyib.
 
Sfera.az xəbər verir ki, əvvəlki illərdə olduğu kimi ötən ildə də qeyri-neft mallarının əsas alıcısı Rusiya və Türkiyə olub, ixracdakı böyük artım da məhz bu ölkələrin hesabına təmin edilib.

2020-ci illə müqayisədə ötən il qeyri-neft ixracımız təxminən 850 milyon dollar və ya 47 faizdən çox artıb. İl ərzində qeyri-neft mallarının ixracında baş verən artımın 485 milyon dolları, yəni 57 faizi Rusiya və Türkiyəyə ixracın artması hesabına təmin edilib.

Ötən il Türkiyəyə ixracımız 298,1 milyon dollar, Rusiyaya ixracımız 186,8 milyon dollar artıb.

Digər ölkələrə ixracın heç birində artım 100 milyon dolları ötməyib. Yalnız ABŞ-a ixrac 50 milyon dollar, Gürcüstana ixrac 30 milyon dollar artıb.
Rusiya və Türkiyəyə cəmi ixrac 1,554 milyard dollara çatıb və qeyri-neft ixracının 57,54 faizini formalaşdırıb. 2020-ci ildə ixracda adıçəkilən iki ölkənin payı 57,77 faiz idi.

Azərbaycan Rusiyaya əsasən kənd təsərrüfatı malları ixrac edir. Ötən il 750 milyon dollar dəyərində kənd təsərrüfatı malları satılıb ki, bunun da 90 faizini Rusiya alıb.

Türkiyəyə isə pambıq mahlıcı, karbamid, ilkin formalı polipropilen, polietilen, metanal, fındıq və s. satılıb.

Rusiya və Türkiyə bazarı kövrək bazarlardır. Neftin qiymətinin kəskin enməsi kifayətdir ki, Rusiya, həmçinin dolayı şəkildə Türkiyə Azərbaycandan qeyri-neft mallarının idxalını azaltsın. Neftin ucuzlaşması ilə əlaqədar 2016-cı ildə qeyri-neft ixracımız 1,95 milyard dollardan 1,1 milyard dollara qədər azalmışdı. Kəskin azalma Rusiya və Türkiyənin alıcılıq qabiliyyətinin azalmasından qaynaqlanırdı.  

Azərbaycan qeyri-neft ixracını 2025-ci ilə qədər 4 milyard dollara çatdırmaq istəyir. Bu hədəfə çatmaq üçün ixrac corğrafiyasını şaxələndirməyi bacarmalıyıq. Xüsusilə, Avropa Birliyi ölkələrinə, Orta Asiya respublikalarına, Yaxın Şərq ölkələrinə, Çinə ixracda ciddi artıma nail olunmalıdır. İxracda daha çox alıcının tapılması regionda baş verən hadisələr səbəbindən, eyni zamanda neft-qaz qiymətlərinin düşməsi ilə əlaqar məhsul satışının daha çox azalması riskini sığortalayacaq.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...