Neft digər məhsulların ucuzlaşmasına imkan vermir

Neft digər məhsulların ucuzlaşmasına imkan vermir
Neft qiymətlərinin yüksək səviyyədə qalması digər əmtəələrin ucuzlaşmasını çətinləşdirir.

Sfera.az bildirir ki, neftin dəyəri bütün məhsul və xidmətlərin qiymətinin formalaşmasına az və ya çox dərəcədə iştirak edir. Buna görə də neft qiymətləri artdıqdan bir neçə ay sonra bütün əmtəələr bahalaşır, neft qiymətləri aşağı düşdükdə isə əks proses baş verir.

Neftin dəyərinin digər əmtəə qiymətləri üzərində belə təsir imkanlarını nəzərə alsaq deyə bilərik ki, "qara qızıl”ın bahalaşmasının müsbət təsirləri ilə bərabər mənfi təsirləri də az deyil.

Azərbaycan neft qiymətlərinin yüksəlməsindən faydalanan ölkələrdəndir. Hazırda Azərbaycanın ixracının 87-88 faizini neft sektoruna aid olan mallar təşkil edir. Deməli, neftin bahalaşması Azərbaycanın ixrac gəlirlərini artırır.

Məsələn, 2020-ci ildə Azərbaycan neft sektoru üzrə ixracdan 11,9 milyard dollar gəlir əldə etdiyi halda, 2021-ci ildə 19,5 milyard dollar gəlir əldə edib. Fərqin bu qədər böyük olmasının başlıca səbəbi neftin ixrac qiymətinin 41 dollardan 72 dollara yüksəlməsidir.

Neftin bahalaşması qeyri-neft sektoruna aid olan malların da dəyərini yüksəltdiyindən həmin malların da ixracından əldə olunan gəlir artır. Azərbaycanın qeyri-neft mallarının ixracında ən yüksək göstəricilərə məhz neftin qiyməti yüksək olduğu illərdə rast gəlinib. Öncə də qeyd etdiyimiz kimi neftin bahalaşması digər əmtəələri də bahalaşdırır və nəticədə eyni miqdarda olan malın satışından daha çox gəlir əldə edilir.

Lakin neftin bahalaşması Azərbaycanın sadəcə gəlirlərini artırmır. Bahalaşan neft gəlirlər kimi xərcləri də artırır və bu, ölkəmizdə qiymət səviyyəsini yüksəldir.

Ötən il ölkəmizə idxal edilən malların miqdarı azalıb. Amma qiymətlərin artması səbəbindən idxala çəkilən xərc azalmayıb, əksinə 10 faizindən çox artıb. Bu o deməkdir ki, ötən il idxal inflyasiyası yüksəlib.

İlkin məlumata əsasən, 2021-ci ildə idxal mallarında inflyasiya 20 faizi ötüb. Bu, olduqca yüksək qiymət artımıdır və belə böyük bahalaşma Azərbaycanda qiymətlərə ciddi təsir edir. Çünki ölkəmizdə son istehlak mallarının 40 faizi idxal mallarından ibarətdir, həmçinin yerli istehsalda istifadə olunan malların 50 faizindən artığı idxal hesabına təmin olunur.  

Proqnozlaşdırılır ki, 2022-ci ilin birinci yarısında da neft qiymətləri yüksək olacaq. Gözlənti özünü doğruldarsa, ən azından ilin birinci yarısında digər əmtəələrin qiymətində ciddi enmə baş verməyəcək, hətta qiymətlərin bir qədər də yüksəlmə imkanı yaranacaq.

Beləliklə, neftin qiymətinin həddən artıq yüksəlməsindənsə, onun hamı üçün məqbul olan səviyyədə qalması daha yaxşıdır. Ekspertlər ən əlverişli qiymətin 70-80 dollar arasında olduğunu güman edir.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...