Aİ-92 benzini ilə bağlı yenilik – Millət vəkili elan etdi

Aİ-92 benzini ilə bağlı yenilik – Millət vəkili elan etdi
"Nazirlər Kabineti Azərbaycana idxal edilən Aİ-92 avtomobil benzinini gömrük rüsumundan azad edib. Dəyişikliyə əsasən, qeyd olunan benzin növü üçün hər 1000 litr üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilib”.
 
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib:

"Gələn aydan tətbiq ediləcək güzəştlər iyunun 1-dək qüvvədə qalacaq. Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilməsi bu növ benzinin qiymətinə təsir edə bilərmi? Qeyd edək ki, Aİ 92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur. Güzəştlərin çox qısamüddəti, yalnız 4 ayı əhatə etməsi yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Belə ki, yerli istehsalın azalmasının təklifə təsir etməməsi üçün növbəti 4 ayda idxalda güzəştlər tətbiq ediləcək. Bu zaman istehlakçılara yalnız yerli deyil, eyni zamanda oxşar markalı idxal benzini də təklif ediləcək.
 
 
Digər tərəfdən, güzəştin təsirlərini qiymətləndirmək üçün xərc müşahidələrinə ehtiyac var. İdxal edilən benzinin xərcinin aşağı salınması üçün həm güzəşt dairəsinin genişləndirilməsi, həm də güzəşt müddətinin ən azı 1 illik dövrü əhatə etməsi məqsədəuyğundur”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...