Məşhur müğənni mobil telefondan imtina etdi

Maqazin
22:09 / 28.01.2022
1916
Britaniyalı müğənni Ed Şiran mobil telefondan imtina edib.
Sfera.az xəbər verir ki, müğənni depressiyaya düşdüyü üçün smartfondan imtina etdiyini bildirib.
Şiran qeyd edib ki, smartfona görə hər zaman pis əhvali-ruhiyyədə olub və ondan imtina etdikdən sonra həyatında hər şey düzəlib.
Sənətçi insanlarla əlaqəni kəsmədiyini, ancaq onlarla münasibəti məhdudlaşdırdığını söyləyib.
O, hazırda ünsiyyət üçün elektron poçtdan istifadə edir.