Dollarla qoyulan əmanətlərin faizləri azaldılır

Dollarla qoyulan əmanətlərin faizləri azaldılır
Azərbaycan bankları xarici valyutada qoyulan əmanətlər və depozitlər üzrə faizləri bir qədər də azaldıb. Bu hal xarici valyutada banklara qoyulan depozit və əmanətlər üzrə gəlirliliyi azaltmaqla bərabər, onların real dəyərinin kiçilməsinə də səbəb olur.
 
Sfera.az bildirir ki, faiz azalması həm hüquqi şəxslərin, həm də fiziki şəxslərin depozitlərində müşahidə edilir.

Azalma fiziki şəxslərin əmanətlərində daha aydın görünür. 2020-ci ilin sonunda dollarla olan əmanətlər üzrə faizlər illik 2,1 olduğu halda, hazırda 1,8-dir.
Hüquqi şəxslərin depozitlərinə də təklif edilən faizlər azalır. Əvəllər dollarla qoyulan depozitlərə görə 1,15 faiz gəlir əldə edən hüquqi şəxslər indi 1 faiz gəlirlə kifayətlənirlər.

Manatla olan əmanətlərdə isə faizlər qismən artıb. Hazırda manatla olan əmanətlərə görə orta hesabla 9,15 faiz verilir.

Xarici valyutada qoyulan depozit və əmanətlər üzrə faizlərin düşməsi dollarla yığmları azaldıb. 2020-ci ilin sonunda banklarda hüquqi və fiziki şəxslərin 23,67 milyard manat pulu var idi. Həmin pulun 43,6 faizi manatla, qalanı xarici valyutada saxlanılırdı.

2021-ci ilin sonunda depozit və əmanətlərin həcmi 29,03 milyard manat olub ki, bunun da 50,6 faizi manatla saxlanılır. Əhalinin əmanətlərində də manatla olan vəsaitin payı artır. Bir il əvvəl əhalinin banklarda olan 8,18 milyard manatının 49,25 faizi milli valyutada saxlanılırdısa, 2021-ci ilin sonunda 9,241 milyard manata yüksələn əmanətlərin 59 faizi milli valyutadadır.

Qeyd edək ki, depozit və əmanətlərin faiz səviyyəsi həmin vəsaitlərin real dəyərinin qorunmasına birbaşa təsir edir. Məsələn, ötən il ərzində inflyasiya 6,7 faiz olub. Amma manatla olan əmanətlərdə faiz 9,1, xarici valyutada 1,8 faiz təşkil edib.
 
Müqayisə göstərir ki, ötən il dollarda saxlanılan vəsaitlərin real dəyəri 4,9 faiz kiçilib, manatla olan vəsaitlərin dəyəri isə 2,4 faiz artıb.

Ümumilikdə, manatın məzənnə dəyərinin sabit olduğu 2017-ci ilin mart ayından bəri faiz dərəcələrindəki fərqlə əlaqədar olaraq dollarla saxlanılan əmanətlərin real dəyəri 10 faiz azalıb. Manatla olan əmanətlərin isə real dəyəri 25 faizdən çox artıb.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...