Türkiyə çempionatında legioner limiti dəyişdi

Türkiyə çempionatında legioner limiti dəyişdi
Türkiyə Futbol Federasiyası (TFF) I Liqada əcnəbi oyunçu sayında dəyişiklik edib.

Sfera.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, 2022/2023 mövsümündə klubların daha öncə 5 legioner sifariş edə biləcəyini açıqlayan İcraiyyə Komitəsi bu sayı 7-yə yüksəldib. Lakin bu halda, futbolçulardan ən azı birinin təvəllüdü 1 yanvar 1999-cu il və daha sonrakı tarixlər olmalıdır.

Bundan başqa, TFF 2023/2024 mövsümü üçün müəyyənləşdirdiyi əcnəbi oyunçu sayını 5-dən 6-ya qaldırıb. Bu halda isə legionerlərdən birinin doğum tarixi 1 yanvar 2001-ci il və daha sonrakı tarixlər olmalıdır.

Legionerlərdən eyni vaxtda oynadıla bilənlərin sayı isə 2022/2023 və 2023/2024 mövsümlərində ən çoxu 4 olacaq.

Xatırladaq ki, hazırda Türkiyə L Liqasında iki azərbaycanlı futbolçu çıxış edir. Namik Ələskərov "Bursaspor"un, Vüsal İsgəndərli isə "Keçiörengücü"nün formasını geyinir.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

İyulun 2-də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şöv...

Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil?

Əvvəllər yalnız məktəbdən ayrılmaq istəyən IX sinif şagirdlərindən ərizə tələb olunurdusa, indi X sinfə keçmək üçün də valideyn ərizəsi istənilir.   ...

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...