“Sadakatsiz” serialının 25 yaşlı ulduzu: "Eşq mövzusunda özümü məhdudlaşdırmıram"

“Sadakatsiz” serialının 25 yaşlı ulduzu:
Türkiyənin son zamanlar gündəmdən düşməyən cazibədar aktrisası Melisa Sezenin açıqlamaları müzakirə obyektinə çevrilib.
 
Sfera.az bildirir ki, "Sadakatsiz” serialında Derin obrazını canlandıran aktrisanın sevgi ilə bağlı düşüncələri diqqət çəkib. "Aşiq olanda əsl sevgi kəpənəyi oluram”, deyə söyləyən Sezen fikirlərinə bu cür davam edib:

"Sevəndə gülürəm, həyəcanlanıram. Bir şeylər hiss etdiyim adamla flörtləşməyi çox sevirəm. Hətta məncə ən gözəli odur. O başdakı flörtlər, həyəcan, söz atışmaları”.

25 yaşlı aktrisa özünü məhdudlaşdırmağı sevmədiyini də əlavə edib: "Çərçivədən xoşum gəlmir. Eşq isə, həyatımın hər yerindədir. Onu məfhum olaraq sadəcə romantik mənada məhdudlaşdırmıram”.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR