Qərb topu Rusiyanın meydanına atdı – “Barıt qoxusu çəkiləcək?”

Qərb topu Rusiyanın meydanına atdı – “Barıt qoxusu çəkiləcək?”
"Qərb-Rusiya qarşıdurması Ukraynanın başı üzərində yaratdığı qara buludları daha da qatılaşdırır, hərçənd, NATO Kremlin təhlükəsizlik konsepsiyasına dair tələblərinə cavab verdiyini açıqlayıb. Ancaq bu cavab münaqişənin müharibə həddinə çatmasını ən azından qısa müddətə təxirə salmaqdan başqa bir işə yaramayacaq”.

Sfera.az xəbər verir ki, bunu siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, Qərb hərbi-siyasi kuluarlarından verilən bəyanatlar, Kremlin əsas tələbininin NATO-nun filtrindən keçmədiyini göstərir:

"ABŞ dövlət katibi Entoni Blinken və NATO Baş katibi Yens Stoltenberq çəkici eyni nöqtəyə döyərək Moskva üzərində inadkarlıq nümayiş etdirirlər. Bununla belə, düşünmək üçün məntiqi əsaslar var ki, diplomatik təmaslar nəticəsində Rusiyanın öz təhlükəsizliyinə dair NATO-dan zəmanət istəyən hədəqarışıq layihəsinin hansısa bəndləri razılaşdırılıb.
 
Qərb və Rusiyanın Kremlə ünvanlanan cavabın məzmununu açıqlamaması isə bu versiyanı aktual edir ki, tərəflər növbəti oyun qaydaları qurublar.
İndi qalır yeni qurulan "şahmat taxtasında” hansı dövlətin hansı damada yer alması məsələsi. Düşünmək çətin deyil ki, Qərb-Rusiya hibrid müharibəsinin real döyüş səviyyəsinə çatması başqa ölkələrdə gerçəkləşə bilər”.
 
Ekspert qeyd edib ki, siyasi-diplomatik intensivlik  Ukraynanı müharibə meydanına çevirməyəcək:

"Bu arada, qarşılıqlı hədələr tonunun üstünlük təşkil etdiyi bəyanatlar bir məsələnin də effektiv nəticələr hasil etməyəcəyini ortaya qoyur. Qərbin Moskvanı diz çökdürmək üçün sanksiyalar arqumenti hərbi qarşıdurma ehtimalını nəinki azaldır, əksinə daha da güclü hala gətirir. Birincisi, ona görə ki, Rusiyanın bu sanksiyalara qarşı kontur tədbirləri mövcuddur. İkincisi, sanksiyalar beynəlxalq maliyyə-iqtisadi sistemini müəyyən gəlirlərdən məhrum edir ki, bu, heç Qərb şirkətlərinin də marağında deyil. Üçüncüsü, Rusiyaya bu zamana qədər tətbiq edilən sanksiyaların işləmə mexanizmində yarımçıqlıq üstünük təşkil edib.
İndi sual budur: NATO-nun topu Rusiyanın meydançasına atması Kremlin gələcək addımlarındakı barıt qoxusunu aradan qaldıracaqmı?
 
Çətin ki, regionda "barıt çəlləyi” yoxa çıxsın, ona görə ki, NATO-nun təqdim etdiyi sənədin mahiyyətinə dair açıqlamalar əhəmiyyətli razılaşmanın əldə olunmadığını göstərir”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu kreditlər bahalaşdı

2025-ci il iyun ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18,90% təşkil edib.   Sfera....

Doqquzuncu siniflərin DİQQƏTİNƏ

7-17 iyul tarixlərində learn.algoritmika.az platformasında "Rəqəmsal Bacarıqlar təmayüllü" 10-cu siniflərə qəbul imtahanının ikinci mərhələsi keçirilə...

Xalq artisti etiraz etdi: “Onlarla eyni verilişdə olmayacağam”

Son illər sənət cameəsində tanınan, səviyyəli və orta, yaşlı nəsli təmsil edən sənətkarları televiziya proqramlarında demək olar ki, nadir hallarda görürük. Xüs...

Hava ilə bağlı XƏBƏRDARLIQ: Leysan olacaq

İyulun 8-9-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli ol...

2 nəfərin öldürüldüyü qanlı insidentlə bağlı məhkəmə başladı

Bakıda 2 nəfəri öldürməkdə təqsirləndirilən Nurani Məmmədov, Tural Məmmədov, Yunis Rəhimov, Sərxan Şahbazov və Ramin Quliyevin cinayət işi üzrə növbəti məhkəmə ...

Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər

Heyvanlardan insanlara keçən xəstəliklər dünya üzrə geniş yayılıb və bir çox hallarda ciddi sağlamlıq problemlərinə səbəb olur.   Ümumdünya Səhiyyə T...