"Qəbələ" hesabı açıb
İdman
22:13 / 28.07.2016
2966
İyulun 28-də UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları start götürüb.
Turnirdə yeganə təmsilçimiz "Qəbələ” çətin səfər matçında Fransanın "Lill” komandası ilə qarşılaşır.
Lill şəhərindəki "Metropol Arena”da oynanılan matçın 13-cü dəqiqəsində "Qəbələ” oyunda hesabı açıb. Komandanın heyətində Vitali Vernidub fərqlənib – 1:0.