Brilliant Dadaşova yazdığı şeirlə gündəmə gəldi: "Etdiyi yaramazlıq üstümə yaxılardı"

Maqazin
12:43 / 27.01.2022
1230
Xalq artisti Brilliant Dadaşova yazdığı şeirlə gündəmə gəlib.

Sfera.az bildirir ki, müğənni şeirini sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. Həmin paylaşımı təqdim edirik:
Mən balaca olanda,
Qonşudakı bir qızın gözəl anası vardı.
Yapdığı pislikləri, anası örtüb basdırardı
Etdiyi yaramazlıq üstümə yaxılardı
Mən hər zaman müqəssir...
O tərtəmiz çıxardı!
O vaxtdan öyrənmişəm
Həyatın qanununu!
Arxalı köpək qurd basar,
Əzbərləmişəm bunu.
Amma geci-tezi var
Çox da gizli qalmayıb, üzə çıxıb yalanlar
Heç vaxt xeyir tapmayıb, kiməsə quyu qazanlar
Ola bilər müvəqqəti hər şey yerində, hazır,
Sən yazdığını yaz
Bax gör Allah nə yazır
Aldığım bu dərslərin
Xeyri də az olmadı
Güvəndim tək özümə, uman yerim qalmadı
Qartal uçar göylərdə
Səmada o da Təkdir
Arxası bərk olsa da
Köpək yenə köpəkdir
Bu həyat məktəbinin bir də yararı oldu
Köpəklərdən qorunmaq qəlbin qərarı oldu
Elə o vaxtdan sevdim, canavar qüdrətini
Qürürlu duruşunu, dürüst əzəmətini.


Türkan
Sfera.az