Azərbaycanda 250 min sahibkar qadın var

Azərbaycanda 250 min sahibkar qadın var
Azərbaycanda fərdi sahibkarların 78,6 faizini kişilər, 21,4 faizini qadınlar təşkil edir.
 
Sfera.az bildirir ki, sahibkar qadınların 30,5 faizi Bakıda, 10,1 faizi Lənkəran-Astara, 8,8 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Gəncə-Daşkəsən və Qazax-Tovuz (hər biri 25%), Bakı (23,4%), Naxçıvan Muxtar Respublikası (23,2%) və Lənkəran-Astara (21,8%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Vasif 
Sfera.az

OXŞAR XƏBƏRLƏR