“Dünya yeni siyasi bölünmənin başlanğıcındadır” - Politoloq

“Dünya yeni siyasi bölünmənin başlanğıcındadır” - Politoloq
"NATO tərəfindən dünən səsləndirilən bəyanatlar onu deməyə əsas verir ki, alyans bu ölkəni silahlandırmağa davam etsə də, müharibə başlayacağı təqdirdə sanksiyalarla öz funksiyasını bitmiş hesab edəcək”. 
 
Sfera.az bildirir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Bayden və onun dişsiz siyasəti bütün MDB məkanını 100 il əvvələ sürükləyə bilər:
 
"Subyektiv fikrim budur ki, baş verənlər yaxşı qurulmuş ssenaridir və dünyanın bölünməsi, yeni mərhələnin başlanğıcıdır. Bu arada, Rusiya Belarusa 98-ci hava-desant diviziyasının 217-ci qvardiya paraşüt-desant polku göndərib. Bu qruplaşma yanvarın əvvəllərində KTMT qüvvələri tərkibində Qazaxıstana yeridilmişdi.

Ukrayna ərazisinə istənilən irimiqyaslı hücumda hava desant qoşunları həlledici rol oynamalıdır. Onlar ya arxa cəbhədə strateji obyektləri ələ keçirmək üçün desant əməliyyatlarında iştirak edəcək, ya da zərbə piyada qüvvələri qismində.  Rusiya bu taktikanı Ukraynaya qarşı 2014-cü ildə tətbiq edib".
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR