“Paşinyan erməni cəmiyyətini inandırmaq istəyir ki, günahkar mən deyiləm” - MÜSAHİBƏ

“Paşinyan erməni cəmiyyətini inandırmaq istəyir ki, günahkar mən deyiləm” - MÜSAHİBƏ
Siyasi şərhçi Asif Nərimanlının Sfera.az-a müsahibəsi.

- Asif bəy, Ermənistanın Baş naziri Nikol Paşinyan ilin ilk mətbuat konfransını keçirdi. Konfransın yekunları haqda nə düşünürsünüz?

- Konfransın keçirilməsi zərurəti Prezident Armen Sarkisyanın istefası fonunda yaranmışdı. Bununla belə Paşinyan mövcud vəziyyətdən Qarabağ və sərhəd məsələsi ilə bağlı mövqeyini yeniləmək üçün də istifadə etdi. Paşinyan Azərbaycanla sülh sazişinin əleyhinə olmadığını deyir, lakin əlavə edir ki, bu saziş hazırlanmalı, formalaşdırılmalıdır və bunun üçün danışıqlar aparılmalıdır.

- Erməni baş nazir sülh sazişi ilə bağlı açıqlamasında sanki əvvəlki fikirlərinə  korrektlər edib...
 
- Bəli. Xüsusilə "Dağlıq Qarabağ”ın və Minsk qrupu formatının adının çəkilməməsi diqqət çəkir. Hesab edirəm ki, Paşinyan bununla iki mesajı verir: Birincisi, həm erməni cəmiyyətinə "sülh sazişi” ilə bağlı atacağı addımları açıqlayır və göstərir ki, İrəvan bu məsələyə müqavimətsiz razılaşmayacaq, danışıqlarda öz şərtlərini də irəli sürəcək. İkincisi, həm Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi "altı aylıq müddətə”, o cümlədən, Ermənistanın mövqeyinə görə sülh sazişinin perspektivini görmədiyinə dair fikirlərinə "başlamağa hazırıq” cavabını verir. Hərçənd "sülh sazişi” ilə bağlı danışıqlar təklifi o deməkdir ki, Bakının tələbləri ilə yanaşı, İrəvanın da istəkləri olacaq və bu, prosesin uzanması riskini artırır.
 
- Ermənistan tərəfi bununla nəyə nail olmaq istəyir?
 
- Görünür, rəsmi İrəvan indiki situasiyada zaman qazanmağa çalışır. Məsələ ondadır ki, Nikol özü də başa düşür ki, mümkün bir saziş sərhəd və ərazi bütövlüyünün tanınması deməkdir, lakin danışıqlar təklifi ilə prosesi uzatmaq istəyi başqa məsələlərdə, xüsusilə sərhəd və regional kommunikasiyaların açılması işində maraqlarının təmin edilməsinə hesablana bilər. Ərazi bütövlüyünün tanınması "sülh sazişi” ilə bağlı İrəvanın riskli siyasəti fonunda Paşinyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı fikirləri də diqqət çəkir. Paşinyan qeyd edir ki, Madrid prinsipləri ərazi bütövlüyü prinsipini xatırladır, lakin "öz müqəddəratını təyin etmə” məsələsinə toxunmur. Və ya MDB-yə üzv olarkən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir.
Erməni baş nazir bununla daxili auditoriyaya mesaj verir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcburdurlar və bunun günahkarı o deyil. İndiyə qədər qəbul edilmiş sənədlər bunu tələb edir.

Paşinyanın hazırda əsas problem yaratdığı məqam heç şübhəsiz ki, sərhədin delimitasiya və demarkasiyasıdır. Delimitasiya müqaviləsi imzalanacağı və buna uyğun demarkasiya prosesi başlayacağı təqdirdə, mövqe dəyişiklikləri xəritəyə uyğun aparıla bilər, lakin bu olmadığı müddətdə Azərbaycanın "güzgü prinsipi”ni qəbul edəcəyi inandırıcı deyil. Paşinyan da bunun asan olmadığını anlayır və mümkündür ki, Qazaxıstan hadisələrində Rusiya ilə yaxın əməkdaşlıqdan istifadə etmək və sərhəd məsələsində istəklərinə rusların əli ilə nail olmaq gedişi edir. Təklifin Rusiya vasitəsilə göndərilməsi Moskvanın bu məsələdə ən azı neytral mövqe tutmasından xəbər verir. Bu isə sərhədin müəyyənləşməsi prosesini uzadacaq və yeni toqquşmalara səbəb ola bilər.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

81 yaşlı aktrisa gənc qızlara meydan oxuyur - FOTO

Nebahat Çehre sosial media hesabındakı paylaşımı ilə gündəm olub.   Sfera.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, 81yaşlı aktrisa gümüşü ...

Zidan ərəblərin təklifini qəbul etmədi

Zinəddin Zidan "Əl-Hilal"a rəhbərlik etmək istəməyib.   Sfera.az "Footmercato"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbista...

Bulvarda təntənəli tədbir keçirildi

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkdakı "Dinamo" meydançasında uşaqların bayramı ilə bağlı təntənəli tədbir keçirilib. ...

İyunda fəlakətli uğursuzluqla üzləşəcək BÜRCLƏR

Astroloqlar, proqnozlarına görə, bu ayın çətin keçəcəyi bürcün əlamətlərini müəyyən ediblər.   Sfera.az-ın məlumatına görə, iyun ayı Dolça bürcləri ü...

Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçdu - Xəsarət alan var

Bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub, nəticədə bir nəfər məhkum xəsarət alıb. ...

Rusiya rəsmiləri İstanbula gəldi -Ukrayna tərəfi ilə danışıq aparacaqlar

Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə iyunun 2-nə planlaşdırılan danışıqlarda iştirak etmək üçün İstanbula gəlib.     Sfera.az xəbə...