Fətullah Gülənin qadın qohumu saxlanıldı - Üzərindən 10 mənzilin açarı tapıldı

Fətullah Gülənin qadın qohumu saxlanıldı - Üzərindən 10 mənzilin açarı tapıldı

Türkiyənin İzmit şəhərində Fəthullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənin qohumu saxlanılıb. 

Sfera.az report-a istinadən bildirir ki, Kocaeli Şəhər Polis İdarəsinin ölkədə dövlət çevrilişi cəhdindən sonra keçirdiyi əməliyyat nəticəsində "Gülən camaatı" içərisində "bacı" kimi tanınan şəxs rəhbəri olduğu və tələbələrin qaldığı evləri tərk edərkən yaxalanıb. Onunla birlikdə daha bir qadın saxlanılıb. Hər iki şəxsin yalnız ad və soyadlarının baş hərfləri açıqlanıb.  

Məlumatda onların hər bir tələbədən 350 TL aldıqları və üzərlərində də 10 mənzilin açarının tapıldığı bildirilib. Eyni zamanda, evlərdə 4-6 qız tələbənin qaldığı, hər mənzilə bir ad verildiyi, müəllimlərin adlarla kodlanan evlərə tələbələri istiqamətləndirdiyi müəyyən edilib.

Kocaeli Şəhər Polis İdarəsinə götürülən hər iki şəxs istintaq tədbirləri başa çatdıqdan sonra məhkəməyə çıxarılacaq.


OXŞAR XƏBƏRLƏR

“Kokain viskidən pis deyil": Kolumbiya prezidentindən şok bəyanat

Kolumbiya prezidenti Qustavo Petro kokainin leqallaşdırılması məsələsi ilə bağlı debat açıb.    Sfera.az bildirir ki, Qustavo Petro ölkəsində qa...

“Netflix” transseksual aktrisa dan imtina etd - TƏFƏRRÜATLAR

İslamofob və irqçi mesajlar yayan ispan transseksual aktrisa Karla Sofia Qaskonun silinmiş tvitləri ətrafında mübahisələr getdikcə genişlənir.    ...

Bred Pitt Ancelina Coli ilə barışmağa çalışır: Məqsədi nədir?

Hollivud aktyoru Bred Pitt Ancelina Colidən münasibətlərini yaxşılaşdırmasını istəyib. Sfera.az bildirir ki, illərlə ictimai, qalmaqallı boşanmadan sonra məş...

Hindistanda fil turisti öldürdü

Hindistanın Anamalai Pələng Qoruğunda (Tamil Nadu ştatı) vəhşi fil Almaniyadan gələn 77 yaşlı turistə hücum edərək onu öldürüb.   Sfera.az bildirir ki,...

Bütün qızılları mağazadan çıxarmaq üçün üç gün havalandırma şaxtasında yaşadı - FOTO

Türkiyənin Adana şəhərindəki ticarət mərkəzindən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. O, 3 gün havalandırma şaxtasında polisdən gizlənib və sonda ...

Türkiyədə sərnişin avtobusu aşdı- Ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfə...