Hadisənin toy tarixi bəlli oldu - Elə bir günü seçiblər ki...

Maqazin
14:47 / 25.01.2022
779
Türkiyəli müğənni Hadisə və iş adamı Mehmet Dinçerlerin evlilik tarixi bəlli olub.
Sfera.az bildirir ki, ötən həftə evlilik təklifi alan və iş adamının ailəsi ilə tez-tez görüntülənən ifaçıya "toy nə zamandır?” sualı ünvanlanmağa başlayıb. İddialara görə cütlük 27 apreldə nikah masasına oturacaq.
Məlumata görə, onların bu tarixi seçmə səbəbi həmin günün Qədr gecəsinə düşməsi ilə əlaqəlidir. Hadisə və sevgilisi sözügedən tarixin onlara daha uyğun və xeyirli olacağına qərar verib.
Xatırladaq ki, Hadisənin sevgilisi Türkiyədəki "Gloria Jean's Coffees"in sahibidir. Hadisə onunla aktyor Kaan Yıldırımdan ayrıldıqdan sonra eşq yaşamağa başlayıb.
Türkan
Sfera.az