Bakıdakı bankomatların sayı sürətlə artır

Bakıdakı bankomatların sayı sürətlə artır
Azərbaycanda 2 907 ədəd bankomat var və onların əksəriyyəti Bakı şəhərində quraşdırılıb. Bakıda bank filial və şöbələrinin sayının çoxluğu, pul dövriyyəsinin böyük hissəsinin paytaxtda həyata keçirilməsi bankomatlardan istifadə intensivliyini artırır.  
 
Sfera.az bildirir ki, ötən il ərzində bankomatların sayı 192 ədəd artıb. Artımın böyük hissəsi Bakı şəhərindəki artımın sayəsində təmin edilib.
Ötən il paytaxtda bankomatların sayı 130 ədəd artaraq 1 560-a çatıb. Regionda da bankomatların sayı artıb və 1 347 olub. İl ərzində regionlarda bankomatların sayındakı artım 61 ədəd təşkil edib.

Məlumatlar göstərir ki, paytaxtda bankomatların sayında artım sürəti regionlara nisbətən daha yüksəkdir.

Əhali bankomatlardan plastik kartlarda olan pulların nağdlaşdırılması üçün istifadə edir. Əmək haqqı, pensiya, müavinət və təqaüdlərin böyük hissəsi sonradan bankomatlar vasitəsilə nağdlaşdırılır. Ölkəmizdə nağd ödənişlərin hələ də yüksək olması bankomatlara tələbi artırır. Buna görə də bankomatların sayında artım prosesi davam edir.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...