Nağd şəkildə alınan dolların məbləği AÇIQLANDI: son 5 ilin ən aşağı göstəricisi

Nağd şəkildə alınan dolların məbləği AÇIQLANDI: son 5 ilin ən aşağı göstəricisi
Azərbaycanda ötən il nağd şəkildə banklardan, digər mübadilə məntəqələrindən 2,095 milyard dollar alınıb. Bu, 2017-ci ildən sonra ən aşağı göstəricidir.
 
Sfera.az bildirir ki, alınan dolların böyük hissəsi ilin son 3 ayında əldə edilib. Belə ki, oktyabrda 159,3 milyon dollar, noyabrda 317 milyon dollar, dekabrda 421,9 milyon dollar alınıb.

Ümumilikdə, dördüncü rübdə 898 milyon dollar satılıb ki, bu da illik satışın 42,9 faizini təşkil edib.

Ötən il ən az alış may və iyunda olub. Mayda 80 milyon dollar, iyunda 76,7 milyon dollar nağd formada alınıb.

Ötən il banklara və digər mübadilə məntəqələrinə 1,353 milyard dollar satılıb.

Qeyd edək ki, nağd çəkildə alınan və satılan dolların böyük hissəsini fiziki şəxslər alır. Əhali tərəfindən dollar alışının azalması inflyasiyanın güclənməsi və dollar satışına məhdudiyyətin tətbiq edilməsi ilə bağlıdır.

Vasif 
Sfera.az

OXŞAR XƏBƏRLƏR