Qanunsuz saxlanılan 9 ov tüfəngi götürüldü

Kriminal
10:56 / 25.01.2022
687
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.
DİN-dən Sfera.az-a verilən məlumata görə, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 24-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 9 ədəd ov tüfəngi götürülüb.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.