Visa ABB-ni mükafatlandırdı!

Visa ABB-ni mükafatlandırdı!

Visa beynəlxalq ödəniş sistemi Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə təşkil etdiyi görüşdə ABB-ni bir neçə nominasiya üzrə mükafatlandırıb. Bank "Azərbaycanın dəmir yolları nəqliyyatında ilk dəfə təmassız bank kartlarının tətbiqi”, "Visa kartları ilə "Kartdan-karta” xidməti üzrə ən çox dövriyyəsi olan bank” və "Yeni məhsulun tətbiqi” nominasiyaları üzrə mükafatlar qazanıb.

 

Xatırladaq ki, ötən ilin iyununda ABB Azərbaycan Mərkəzi Bankı, Visa və Azərbaycan Dəmir Yolları ilə tərəfdaşlıq əsasında şəhərətrafı dəmir yollarında təmassız ödəniş sistemini tam şəkildə istifadəyə verib. Beləliklə, Abşeron dairəvi dəmir yolunun bütün stansiyalarında ölkənin istənilən bankının kartları ilə təmassız ödəniş etmək imkanı yaradılıb. Həmçinin Bank müştəri məmnuniyyətinin artırılması və nağdsız ödənişlərin inkişafı məqsədilə ödəniş kart məhsulları üzrə çeşidləri və xidmətləri artırıb.

 

ABB hazırda Visa da daxil olmaqla ən çox sayda beynəlxalq ödəniş sistemi ilə tərəfdaşlıq əlaqələrinə malik olan Azərbaycan bankıdır.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...