Ötən il manat bahalaşıb

Ötən il manat bahalaşıb
2021-ci ildə manatın həm nominal, həm də real effektiv məzənnəsində bahalaşma müşahidə edilib. Bu hal özünü qeyri-neft sektoru üzrə də göstərib.

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə 14,1 faiz yüksəlib. Devalvasiyanın baş verdiyi 2015-ci illə müqayisədə isə qeyri-neft sektoru üzrə manatın effektiv məzənnəsi 2,6 faiz ucuzlaşıb.

Qeyri-neft sektoru üzrə manatın real məzənnəsinin yüksəlməsi həm son bir illik, həm də son 6 illik dövrdə baş verib. 2015-ci illə müqayisədə manatın real məzənnəsi 1,6 faiz, son bir ildə 12,1 faiz bahalaşıb.

Qeyd edək ki, manatın real effektiv məzənnəsinin qeyri-neft sektoru üzrə yüksəlməsi o anlamı verir ki, Azərbaycanda illik inflyasiya əsas ticarət tərəfdaşlarımızla müqayisədə daha yüksək olub. Manatın real effektiv məzənnəsinin artması yaxşı hal deyil. Bu vəziyyət Azərbaycanda istehsal edilən malların əsas ticarət tərəfdaşı olan ölkələrlə müqayisədə rəqabət üstünlüyünü zəiflədir.

Vasif 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...