Diplomatlar Kiyevi tərk edir - Müharibə başlayır?

Siyasət
16:11 / 24.01.2022
1108
Böyük Britaniya Kiyevdəki səfirliyinin əməkdaşlarının
bir hissəsini və onların ailə üzvlərini ölkədəki vəziyyətin gərginləşməsi səbəbindən
geri çağırmağa başlayıb. Bundan öncə ABŞ Kiyevi könüllü tərk etmək istəyən diplomatlarına
sərbəst seçim icazəsi vermişdi.
Maraqlıdır, indiki halda başda ABŞ olmaqla, Qərb
ölkələrinin diplomat ailələri Ukraynanı niyə tərk edir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, ABŞ və Qərb
ölkələri diplomatlarının ailələri ilə birlikdə Ukraynanı tərk etmək təlimatı vətəndaşları
olduqları ölkələrinin rəsmi qurumlarından gəlib.
Turan Rzayev