Yıldız Tilbenin sevgi barədə sözləri gündəm oldu: "50-ni keçəndə çox fərqli olur"

Yıldız Tilbenin sevgi barədə sözləri gündəm oldu:
Məşhur müğənni Yıldız Tilbenin sevgi haqqında son açıqlamaları gündəm olub.

Sfera.az bildirir ki, ifaçı "Posta Magazin”nin müdiri Suna Akyıldızın suallarını cavablandırıb. Müsahibə zamanı Tilbe eşq həyatından da söz açıb. O, hər şeyi yaşadığını, eşqin onun üçün bitdiyini açıqlayıb.

"Artıq dözümüm yoxdur. Sevgi yaşla əlaqəlidir. 50-ni keçəndə çox fərqli olur, eşq isə gəncdir. Orta yaşdan sonra yaşanılan şeylər sevgi deyil, hörmət, sədaqət, bağlılıqdır. Eşq dəlidir, sakit deyil. Cavan ikən sevginin azadlığını yaxşı yaşadım, indi yaşamıram. O mövzuları tamamilə bağlamışam”.
 

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR