Tamer Karadağlı qəza törətdi - FOTO

Tamer Karadağlı qəza törətdi - FOTO
Türkiyəli aktyor Tamer Karadağlı bir neçə gündür ölkəyə yağan güclü qarın qurbanı olub.
 
Sfera.az bildirir ki,  aktyor axşam saatlarında Ankarada qar səbəbilə sürüşən avtobilinə nəzarət edə bilməyərək qəza törədib. Toqquşduğu avtomobilin sürücüsünü tapa bilməyən Karadağlı sosial media hesabından çağırış edib. 

"Maşınıma vurub qaçsaydılar, mən çox əsəbləşərdim. Ona görə də həmin avtomobilə dəyən ziyanı ödəməyə hazıram”, - deyə aktyor qeyd edib.

Tamer, həmçinin toqquşduğu avtomobilin fotolarını da bölüşüb. Onun bu addımını tanınmış simalar da dəstəkləyib. Ömür Gedik aktyorun paylaşımına "Bravo”, Pınar Altuğ "Keçmiş olsun, sənə yaraşanı etmisən”, deyə şərh yazıb.
 
Qısa müddət ərzində avtomobilin sahibini tapan Tamer daha bir paylaşım edərək "Dəstəkləriniz üçün təşəkkür edirəm, artıq sürücünü tapdım”, - deyə əlavə edib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR