\"Hərə əlinə bir smartfonu alıb, harasınısa göstərməklə \"digital dilənçilik\" edir\" - \"TikTok\"un qaranlıq üzü

\
"”TikTok”un canlı yayımından pul qazanma xüsusiyyəti yerli "TikTok” kontent yaradıcılarını dəhşət bir varlığa çevirib”.
 
Sfera.az bildirir ki, bunu texno-bloqqer Fərid Pərdəşünas deyib. O, mövcud vəziyyəti bu cür izah edib:

"Deməli, sən canlı yayım açırsan və izləyicilərin sənə virtual hədiyyələr göndərməklə dəstək olur. İzləyicilər bu hədiyyələri real pul ilə alırlar və yayım sahibi də sonradan bu hədiyyələri pula çevirib, bank kartına köçürə bilir. İndi isə vəziyyət elə hala gəlib ki, qızlı-oğlanlı hərə alıb əlinə bir smartfonu, nəyisə, harasınısa göstərməklə hədiyyələr yığmağa çalışır. Yayımlara baxırsan "digital dilənçilik" baş alıb gedir- "Sandıq göndər”, "əjdaha başı qoy”, "çay ver”, "eynək göndər”, "xəzinə göndər”, "ayı balası at”. Onlarla belə hədiyyə sözün əsl mənasında insanları canlı yayımda meymuna çevirir. Kontent yarada bilməyən adamlar canlı yayımda əllərindən gələni edirlər ki, onlara hədiyyə göndərilsin”.

Pərdəşünas qeyd edib ki, Çindən çıxan bu nəhəng platforma yavaş-yavaş insanları meymun edir:

"Hər şey "Black Mirror" serialındakı kimi olacaq. Yavaş-yavaş insanların sosial reytinq sistemi də həyatımıza girəcək. Bugün Azərbaycanda çox az yaşlı uşaqlar valideynlərinin bank kartlarını əlavə etməklə "Tik-Tok” yayımçıların yemləyir, onlara hədiyyələr göndərir. Bununla bağlı mənə onlarla müraciət daxil olub. Bank tarixçəsinə baxırsan ki, uşaq 1 ay ərzində 500-600 AZN yayıma pul xərcləyib”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR