Fanatının hücumuna məruz qalan Serenay Sarıkaya yaşadığı qorxulu anlardan DANIŞDI

Maqazin
13:59 / 22.01.2022
1167
Fanatının hücumuna məruz qalan türkiyəli aktrisa Serenay Sarıkaya səssizliyini pozub.
Sfera.az bildirir ki, yaşadığı qorxulu anlardan danışan aktrisa "Açığı, evimə qədər gəlib belə ciddi şeylər edə biləcəyini düşünməmişdim. Şikayət etdik, ümid edirəm, məsələ böyümədən həll edilər”, deyə jurnalistlərə açıqlamasında söyləyib.
Sarıkaya, həmçinin sözügedən şəxsin uzun müddətdir özünə və yaxınlarına təhdid törədə biləcək hərəkətlər etdiyini açıqlayıb: "Həmin adam ofisə də hücum etmişdi. Onu tanımıram. Amma o gün ofis yoldaşlarımı da qorxutdu, avtomobillərə zərər verdi. Dünən də köməkçim Fatib bəyə hücum edib”.
Xatırladaq ki, bir müddət əvvəl Serenay Sarıkayanın Etilerdəki evinə fanatının hücumu olmuşdu. Sözügedən şəxs aktrisanın avtomobilini təpikləyərək onu təhqir etmişdi. Hadisədən sonra Sarıkayanın bir müddət əvvəl ayrıldığı sevgilisi Umut Evirgen onun evinin qarşısına 4 mühafizəçi yerləşdirmişdi.
Türkan
Sfera.az