Bahalaşma dollara tələbi azaldır

Bahalaşma dollara tələbi azaldır
Qiymət artımları və bunun nəticəsində əhalinin xərclərinin artması xarici valyutaya, xüsusən də dollara olan tələbi azaldır.
 
Sfera.az bildirir ki, qiymət səviyyəsinin yüksəlməsi ümumi tələbi zəiflədən əsas amillərdən biridir. Çünki qiymətlər artdıqda xərclər də artır və bu vəziyyət əhalinin yığım imkanlarını məhdudlaşdırır.

Düzdür, xərclər artdıqda idxal da artır və bunun özü dollara tələbi gücləndirir. Amma ümumi qiymət səviyyəsi yüksəldikdə sadəcə idxal artmır, o, həm də ixracı artırır və nəticədə xarici ticarətdə müsbət saldo böyüyür, ixracdan əldə edilən əlavə gəlirlər idxaldakı əlavə xərcləri artıqlaması ilə kompensasiya edə bilir.

Buna görə də önəmli məsələ əhalinin gəlirləri ilə xərcləri arasında olan fərqdir. İnflyasiya əhalinin gəlirlərini ötdükdə əhalinin yığım qabiliyyəti zəifləyir və əhali daha az yığm imkanına sahib olur.

Azərbaycanda 2016 və 2017-ci illərdə yüksək inflyasiyanın qeydə alınması nəticəsində əhalinin yığım imkanları azaldı. Belə ki, 2015-ci ildə əhali 4,6 milyard manatdan çox maliyyə aktivlərinin, o cümlədən valyutanın alınması üçün vəsait ayırdığı halda, 2016-cı ildə 4,23 milyard manat, 2017-ci ildə 3,2 milyard manat qənaət vəsait ayıra bildi.

Statistika göstərir ki, xərclər əhalinin qənaət imkanlarına təsir edən ən önəmli amillərdən biridir.

Məsələn, 2019 və 2020-ci illərdə əhalinin gəlirlərində ciddi fərq olmayıb. Amma xərclərdə ciddi dəyişiklik yaranıb. 2019-cu ildə xərclər 2020-ci ildəkindən 2,73 milyard manat çox olduğundan həmin ildə maliyyə aktivləri üçün qənaət edilən vəsait azalaraq 2,69 milyard manata düşüb ki, bu da son 13-14 ilin ən aşağı göstəricisidir. 2020-ci ildə isə əksinə maliyyə aktivləri üçün yığımlar 4,6 milyard manata çatmaqla son 5 ilin ən yüksək səviyyəsinə çatıb.

2021-ci və 2022-ci ildə əhalinin xərclərinin artması müşahidə edilir. Ötən il gəlirlər 1,5 milyard manat artıb, lakin xərclərdəki artımın bundan xeyli çox olduğunu təxmin etmək olar. Bu vəziyyətdə əhalinin maliyyə aktivləri üçün ayırdığı vəsait 2,5-3 milyard manat səviyyəsinə düşüb. Yəni, əhali valyuta alışına 2020-ci illə müqayisədə 2021-ci ildə daha az vəsait yönəldə bilib. Bu səbəbdən ötən il dollar alışı azaldı. 

2022-ci ildə də yüksək qiymət artımları davam edəcəyindən deyə bilərik ki, əhalinin cari dövrdə də yığım imkanı azalacaq və bu dollara olan tələbi zəiflədəcək.

Vasif
Sfera.az




OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...