Səhnə geyimləri ilə gündəmə gələn Gülşənin həyat yoldaşı danışdı: "Onun işidir, hörmət edirəm"

Səhnə geyimləri ilə gündəmə gələn Gülşənin həyat yoldaşı danışdı:
Son zamanlar səhnə geyimləri ilə gündəmə gələn türkiyəli müğənni Gülşənin bu dəfə həyat yoldaşı danışıb.

Sfera.az bildirir ki, ifaçının həyat yoldaşı, aranjimançı Ozan Çolakoğlu ona dəstək olub. Jurnalistlərə açıqlama verən Çolakoğlu "Mən Gülşənə qarışmıram, onun işidir, hörmət edirəm. Nə etdiyini biləcək yaşdadır”, deyə söyləyib.

Aranjimançı, həmçinin Gülşən haqqında yayımlanan tənqidi şərhlərdən də narahat olmadığını dilə gətirib: "Biz normal işimizi görürük, aləm öz-özünə alovlanır. Gülşən işini görür, insanlar danışır. Ümumiyyətlə, həyat yoldaşım və ya başqasının işini müzakirə etməyi düzgün hesab etmirəm. Hər kəs öz həyatına cavabdehdir, öz işinə baxsın”.

Çolakoğlu "Səhnədə açıq-saçıq geyimin bir sərhədi olmalıdırmı?”, sualını da cavablandırıb: "Bununla bağlı biri elə deyir, biri belə deyir. Mənim üçün əsas məkana gələn insanlardır. Əgər narahat deyillərsə, razıdırlarsa, problem yoxdursa, bundan başqalarına nə? Narahat olan o yerə gəlmir, sosial şəbəkədə Gülşəni izləmir, bitdi. Bu qədər sadədir”.

Xatırladaq ki, ötən həftə konsertlərinin birin transparan paltarın altından bikini geyən Gülşənin bu addımı qısa müddət ərzində sosial mediada səs-küy yaratmışdı.
 
Türkan
Sfera.az

 

Türkan

OXŞAR XƏBƏRLƏR