Adele göz yaşları içində üzr videosu yayımladı

12:04 / 22.01.2022
704
Məşhur ingilis müğənni Adele ABŞ-ın Las-Veqas şəhərində keçirilməsi planlaşdırılan konsertini ləğv edib.
Sfera.az bildirir ki, buna səbəb müğənninin komandasının yarısının koronavirusa yoluxması olub. Yeni albomunun ilk konsertinə 24 saat qalmış göz yaşları ilə üzr videosu yayımlayan ifaçı "Hazırlığı tamamlamaq üçün 30 saat yatmamışam, amma vaxt çatmadı. Çox təəssüf edirəm”, - deyə bildirib və konsertin başqa tarixdə keçiriləcəyini əlavə edib.
Qeyd edək ki, Adele aprelin 16-dək 24 konsert verməyi planlaşdırırdı. 100 min bilet 6 saat ərzində satılıb, qiymətlər isə 85-685 dollar arasında dəyişib. İfaçının bir gecəyə 500 min dollar qazanacağı qeyd edilirdi.
Türkan
Sfera.az