İlon Mask insan beyninə bu il çip yerləşdirəcək - İşçi axtarışlarına başladı

İlon Mask insan beyninə bu il çip yerləşdirəcək - İşçi axtarışlarına başladı
"SpaceX” və "Tesla” kosmik şirkətinin baş direktoru İlon Mask "Neuralink” layihəsi çərçivəsində hazırladığı çipi insan beyninə yerləşdirmək istəyir.
 
Sfera.az bildirir ki, bu barədə məlumat "Neuralink”in dərc etdiyi yeni iş elanında qeyd olunub. Belə ki, elanda klinik tədqiqat direktoru vəzifəsinə gələcək şəxsin insan təcrübələrində iştirak edəcəyi bildirilib. Həmçinin burada, işə götürüləcək şəxsin Kaliforniya ştatının Fremont şəhərindəki müəssisədə çalışacağı və "dünyanı dəyişmək fürsəti"nə sahib olacağı barədə ifadələr yer alıb. Lakin şəxsin vəzifəyə nə zaman başlayacağı qeyd olunmayıb. 

Xatırladaq ki, daha öncə İlon Maskın beyin çipi layihəsi olan "Neuralink” bir meymun üzərində sınaq keçirib. "Peycer” adlı 9 yaşlı meymun sınaq çərçivəsində düşüncə gücü ilə video oyunu oynaya bilib. Mask, gələcəkdə iflic olan xəstələrin beyin çipi sayəsində əzələlərini hərəkət etdirə və düşüncə gücü ilə yeriyə biləcəklərini iddia edir. O, ötən ilin dekabr ayında verdiyi açıqlamada insan beyninə çip yerlşdirmək mərhələsinə 2022-ci ildə başlanacağını qeyd edib.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR