Lavrov: “Bu görüşdən nəticə gözləmirik...”

Lavrov: “Bu görüşdən nəticə gözləmirik...”
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-NATO münasibətləri ilə əlaqədar ABŞ dövlət katibi Antoni Blinken ilə Cenevrədə keçirdiyi görüşdən nəticə gözləmədiyini deyib.

Sfera.az xəbər verir ki, "Prezident Wilson” otelində Rusiyanın ABŞ və NATO-ya təqdim etdiyi təhlükəsizlik zəmanəti sazişi layihəsi, tərəflər arasında diplomatik missiyaların fəaliyyəti, kibertəhlükəsizlik və strateji sabitliyə dair kritik iclas keçirilib.
 
Görüşdə Lavrov və Blinkendən başqa Rusiya və ABŞ nümayəndə heyətlərindən 12 nəfər iştirak edib. Lavrov görüşün əvvəlində verdiyi açıqlamada həmkarı Blinkenə və nümayəndə heyətinə təşəkkür edib.

O xatırladıb ki, ABŞ və Rusiya Cenevrədə təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr aparıb, yanvarın 12-də Brüsseldə NATO-Rusiya Şurasının iclası, Vyanada isə ATƏT-in Daimi Şurasının iclası keçirilib. Yanvarın 13-də bu məsələlər də müzakirə olunub. Blinken isə: "İndi bizim hamımızın müzakirə etdiyimiz mövzuları bölüşmək şansı var. Düşünürəm ki, Rusiya komandasının prezident Vladimir Putinlə məsləhətləşmə şansı var. Eyni zamanda bizim hamımızın öz aramızda, bütün müttəfiqlər və tərəfdaşlar arasında məsləhətləşmək şansı var. Mən düşünürəm ki, bu görüş Rusiyanın diplomatik danışıqlardan hansı nəticələr çıxaracağını görmək üçün mühümdür”.

Blinken Lavrova müraciət edərək, "Haqlısınız, biz bu gün burada fikir ayrılıqlarımızı həll etməyi gözləmirik. Amma ümid edirəm ki, diplomatiya və dialoq yolunun açıq qalıb-qalmayacağını sınaqdan keçirə bilərik. Biz sülh yolu ilə getməyə, fikir ayrılıqlarımızı həll etməyə qərarlıyıq”,- deyə bildirib.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR