Koronavirusun digər ştamlarına yoluxanlar “Omikron”a da yoluxa bilərmi? - Açıqlama

Koronavirusun digər ştamlarına yoluxanlar “Omikron”a da yoluxa bilərmi? - Açıqlama
Artıq Azərbaycanda da koronavirusun yeni ştamı olan "Omikron”a yoluxmalar var və bu say artmaqdadır.
 
Mütəxəssislər bildirir ki, virusa yoluxub sağalan şəxs yenidən həmin virus yoluxa bilir.
 
Maraqlıdır, koronavirusun bundan əvvəlki variantlarına yoluxub sağalan şəxsin qısa müddət ərzində bu ştama da yoluxma və xəstəliyi ağır keçirmə ehtimalı varmı?

Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Nicat Əzimli Delta variantına yoluxub sağalan şəxslərin də Omikron ştamına yoluxa biləcəyini deyib:

"Delta variantının immunitetdən yayına bilmə xüsusiyyəti artıq məlumdur. Digər bilinən isə budur ki, Omikrondan öncəki variantlar əsasında hazırlanan vaksinlərin effektində Omikrona qarşı zəifləmə var. Belə ki, 2 doza Pfizer Omikrondan bizi qoruya bilmir. Lakin, buster dozanı da alsaq bu effekt əldə olunur. Bu aspektdən yanaşsaq Delta ilə xəstələnmiş olmaq da Omikrona qarşı qoruyuculuqda bir zəmanət sayılmır.”

İnfeskionist Omikrona yoluxma zamanı ağırlaşma hallarının olmamasına da diqqət çəkib:

"Omikronla ağırlaşma ehtimalı isə Delta ilə müqayisədə daha azdır. Burada səbəb virusun molekulyar quruluşunda mutasiya nəticəsində getmiş dəyişikliklərdir. Bu mutasiyalar Omikronu ağciyər üçün daha az təhlükəli edir. Yuxarı tənəffüs yolu simptomları isə burada özünü daha çox göstərir. Nəticədə ağırlaşmalar olsa da, müqayisədə daha az rast gəlir”.
 
Əzizə Zeynal
 
 

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...