ASALA terror aktlarına hazırlaşır? – Bəyanat yaydı, hədələdi

ASALA terror aktlarına hazırlaşır? – Bəyanat yaydı, hədələdi
Erməni terror təşkilatı ASALA yaranmasının 47 illiyi ilə bağlı bəyanat yayıb.
 
İkinci Qarabağ müharibəsi nəticəsində ermənilərin itkilərinə diqqəti çəkən terrorçu təşkilatın bəyanatında bunlar yer alıb: "Ermənilərin gələcəyə inamı azalıb. Qarabağın tamamilə itirilmə təhlükəsi ilə yanaşı Türkiyə ilə başlanan şübhəli dialoq nəticə verməyəcək. ASALA Qərbi Ermənistanın azadlığı və Ermənistanın bütövlüyü uğrunda mübarizəsini davam etdirəcək. Milli maraqlarımız və tarixi missiyasımız Türkiyənin dağılmasına, o cümlədən erməni torpaqlarının azad olunmasına xidmət etməlidir”.
 
ASALA-ın bəyanatında həm İkinci Qarabağ müharibəsi zamanı ermənilərin itkilərinin qeyd edilməsi, həm də Türkiyə ilə başlanan dialoqu şübhəli adlandırması diqqət çəkib.
 
Maraqlıdır, ASALA-nın bəyanatı Azərbaycan və Türkiyəyə qarşı erməni terrorunu aktivləşdirə birlərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Fikrət Sadıqov deyib ki, ASALA teror təşkilatı heç bir zaman öz çirkin niyyətindən imtina etməyib və son bəyanat da buna sübutdur:


"Həmişə olduğu kimi bu gün də adıçəkilən təşkilatın əsas hədəfi türk və Azərbaycan vətəndaşlarına, həmçinin ictimai-siyasi xadimlərə qarşı terror aktlarını həyata keçirməkdir. Bu mənada ASALA-nın bu gün Azərbaycan və Türkiyə vətəndaşlarına qarşı terror aktları həyata keçirməsi mümkündür. Tarixə nəzər salsaq, biz bunun dəfələrlə baş verdiyini görərik”.
 
Politoloqun sözlərinə görə, ASALA-nın hazırda radikal terrora keçid etməsi baş verən son hadisələrlə əlaqədardır:

"Bildiyiniz kimi, son zamanlar Türkiyə və Ermənistan arasında diplomatik təmaslar qurulur. Rəsmi Ankara faktiki olaraq, regionda siyasi sabitliyin qorunması və sülh mühitin təmin olunması üçün belə bir addım atır. Digər tərəfdən, Ermənistan tərəfi də hazırda münasibətlərin normallaşmasında maraqlıdır. Hətta mən deyərdim ki, bu rəsmi İrəvana yeni nəfəs gətirə biləcək bir strategji xəttdir”.

F. Sadıqov qeyd edib ki, Ermənistan iqtisadiyyatının düşdüyü böhrandan çıxması Türkiyə ilə münasibətlərin normallaşması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanmasına bağlıdır.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR